Xiaomi şirkəti özünün yeni Pocophone flaqman smartfonunu təqdim edib. FED.az xəbər verir ki, sartfonun qiyməti 300 dollardan başlayacaq.
Smartfon 2,8 QHrs-lik Snapdragon 845 prosessoru ilə işləyirÖ akkumulyatorun gücü isə 4000 mAsaatdır ki, bu da aparata enerji doldurmadan 30 saat işləməyə imkan verəcək. Smarfonun daxilindəki istilik boruları onu həddən artıq qızmaqdan qoruyacaq.
Pocophone ölçüsü 6,18 düym olan «Full HD+» ekranına sahibdir. Smartfonun arasında ikiqat - 12 və 5 meqapiksellik kamera var. Frontal kamera isə 20 meqapikseldir.
Yeni smartfon 3 versiyada buraxılacaq. 6 Qb RAM-lı model 64 və 128 Qb yaddaşla, 8 Qb RAM-lı model isə 256 Qb yaddaşla buraxılacaq. Smartfonun ən bahalı versiyası 415 dollar olacaq.