“X” sosial media platforması istifadəçilərin hansı ölkədə olduğunu göstərən funksiyanı mərhələli şəkildə aktivləşdirib.
“WhatsApp”da yeni funksiya - Mesajlar dərhal tərcümə olunacaq
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şirkət yeniliyin saxta hesabların, xarici müdaxilə və yanlış məlumat yayımının aşkarlanmasına kömək edəcəyini bildirir.
Hazırda sözügedən funksiya yalnız məhdud sayda istifadəçidə görünür. Bəzi profillərdə “Twitter”ə qoşulma tarixi” bölməsinə basdıqda hesab sahibinin ölkəsi göstərilir.
Yeniləmə ilə profildə hesabın yaradılma tarixi, təsdiqlənmə statusu, istifadəçi adının neçə dəfə dəyişdirildiyi və hesabın hansı ölkənin tətbiq mağazası üzərindən qeydiyyatdan keçdiyi kimi əlavə məlumatlar da görünə bilər.
Funksiyanı dəstəkləyənlər bunun manipulyasiya məqsədli və saxta hesabların aşkarlanmasını asanlaşdıracağını deyir. Tənqid edənlər isə ölkə məlumatının açıq göstərilməsinin məxfilik riskləri yaratdığını vurğulayır. Bu səbəbdən “X” istifadəçilərə ölkə əvəzinə yalnız qitə və ya region göstərmək seçimi də təqdim edib.










