Nazirlər Kabineti “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nda dəyişiklik edib.
FED.az-ın məlumatıına görə, dəyişiklik şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilən mobil cihazın qeydiyyatı ilə bağlıdır.
Beləliklə, bundan sonra satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə “Dövlət rüsumu haqqında” qanuna uyğun olaraq Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş məbləğdə dövlət rüsumu ödəniləcək.
Xaricdən gətirilən telefonlara görə rüsum – YENİ QƏRAR
08:35
20 Sen 2018