"X" sosial şəbəkəsinin bir sıra ölkələrdən olan istifadəçiləri xidmətin genişmiqyaslı nasazlıqlarından şikayət edirlər.
“X” sosial şəbəkəsi 44 milyard dollar investisiya cəlb etmək üçün danışıqlar aparır
FED.az xəbər verir ki, ən çox şikayət Yaponiyadan - 87,97 min, ABŞ-dən (21,21 min) və Böyük Britaniyadan (10,84 min) daxil olub.
Əhəmiyyətli nasazlıqlar Almaniya, Fransa, Niderland, İtaliya, Kanada, İspaniya, Türkiyə və bir sıra digər ölkələrdə qeydə alınıb.
İstifadəçilərin əksəriyyəti tətbiqin işində, veb-saytda və serverlə bağlantıda xətalar barədə şikayət edib. (Report)