Nazirlər Kabinetinin yardım paketində 200 min işsizə 2 ay ərzində hər ay 190 manat ödənilməsi məqsədilə 70 milyon manat vəsait ayrılıb.
Eləcə də bax: 190 manatlıq yardım üçün belə - QEYDİYYATDAN KEÇMƏLİSİNİZ
Bu yardımı əldə etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onlayn imkan yaradıb. İşsiz vətəndaşlar ilk növbədə işsizlik statusunu rəsmiləşdirmək üçün www.e-sosial.az portalından istifadə etməklə, "e-xidmətlər" bölməsinə daxil olmalıdır. Məşğulluq Mərkəzlərində pandemiya ilə əlaqədar olaraq vətəndaş qəbulları dayandırılıb, bu müraciətlər qəbul olunmur.
FED.az xəbər verir ki, dünəndən etibarən, müraciətlərin hədsiz çox olması saytın yüklənməsinə və hazırda işləməməsinə səbəb olub.
Xatırladaq ki, Nazirlik vətəndaşlara müraciət edərək yalnız əvvəldən göstərilən kriteriyalara uyğun gələn vətəndaşları müraciət etməyə çağırıb. Bildirilib ki, əks halda portal yüklənəcək və problemlər yaranacaq.
TED