Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstək verdiyi “World Net Summit” onlayn konfransı bu gün “Startup Academy” və “Monex Summit” tədbirləri ilə öz işinə başlayır.
Nazirlikdən FED.az-a verilən məlumata görə, konfrans Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının, “SUP VC” və İnnoland İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi, BP şirkətinin baş sponsorluğu və “Net Summit LLC”nin təşkilatçılığı ilə keçirilir.
Məlumata əsasən, ümumilikdə “Startup Academy”, “Monex Summit”, “Government Address”, “Baku E-Trade Forum”, “Maintech Forum”, “Venture Summit”, “Corporate Innovation Forum”, “Influencer Summit” olmaqla, 8 fazadan ibarət “World Net Summit”də 15 ölkədən 50-dən artıq spikerin çıxışı nəzərdə tutulur.
“Monex Summit” fazası isə saat 19:30-21:00-da “MENA Fintech Association”ın sədri Nameer Xanın moderatorluğu, “Mastercard” şirkətinin vitse-prezidenti Fabrizio Burlando, “Burnmark”ın baş icraçı direktoru Devie Mohan, “Santander Bank”ın maliyyə sənayesinin transformasiyası üzrə rəhbəri Juan Jimenez Zaballos və “Mastercard”ın Açıq bankçılıq üzrə qlobal rəhbəri Hakan Eroğlunun spikerliyi ilə təşkil ediləcək.
Tədbirlər “Facebook” sosial şəbəkəsi (https://www.facebook.com/netsummit/) və “Youtube” (https://www.youtube.com/channel/UCv72EWEAQKBQdHX0ZB1fYLw) üzərindən canlı yayımlanacaq.
Qeyd edək ki, digər fazalar barədə ətraflı məlumatı tədbirin saytında (https://worldnetsummit.com/home) qeydiyyatdan keçməklə əldə etmək mümkündür. Qeydiyyatdan keçənlərin elektron poçt ünvanlarına tədbirlər canlı yayımlanan zaman bildiriş göndərilir.