Sensorlu telefonlarının sahibləri “WhatsApp” mesencerini artıq çox yaxşı tanıyırlar. Lakin, onun tərtibatçıları daha da irəliyə getməyə qərar veriblər. Məşhur tətbiqin yeni versiyası müasir imkanlarını genişləndirərək, düyməli cihazlarda da istifadə edilə biləcək.
FED.az xəbər verir ki,mesencerin yeni versiyası “Android”ə alternativ olaraq quraşdırılmış düyməli cihazlar üçün əməliyyat sistemi “KaiOS” üçün uyğunlaşdırılıb. “KaiStore” tətbiqlər mağazası ”Nokia 8110 4G”, “Cat B35”, “Doro 7060”, “JioPhone”, “JioPhone 2” və “MTN Smart” daxil olmaqla bir çox düyməli mobil telefonlar üçün “Whatsapp” mesencerini yükləməyə imkan verir. Tətbiqin quraşdırılması və düzgün işləməsi üçün cihaz ən azı 256 MB operativ yaddaşa sahib olmalıdır.
“KaiOS” üçün olan modifikasiya mesajlaşma, səsli zənglər və ucdan uca şifrələmə xüsusiyyətini dəstəkləyir. Bu ilin üçüncü rübündən etibarən “KaiOS”dakı bütün yeni cihazların təxminən yarım milyard insana “WhatsApp”la satılması gözlənilir.
@Ted.az