«WhatsApp» messenceri cavabsız mesajlarla bağlı yenilik etməyə hazırlaşır.
FED.az xəbər verir ki, şirkət telefonlara gələn cavabsız mesajlara məhdudiyyət qoyacaq. Hazırda «WhatsApp»da spamların qarşısını almaq üçün məhdudiyyətlərin tətbiqi imkanları sınaqdan keçirilir. Yeni sistem şəxslər və ya biznes akkauntların başqalarına nə qədər cavabsız mesaj göndərdiklərinə nəzarət edəcəklər.
Bu mesajların sayı aylıq olaraq sayılacaq. Qarşı tərəf mesaja cavab vermədikcə bu mesajlar toplanacaq, cavabsız mesajların sayı müəyyən həddə çatanda artıq həmin şəxsin qarşı tərəfə mesaj göndərilməsinə qadağa qoyulacaq. Hələlik «WhatsApp» açıqlamayıb ki, cavabsız mesajların aylıq limiti nə qədər olacaq. Hazırda müxtəlif ölkələr üçün fərqli mesaj sayları sınaqdan keçirilir.
Əgər qarşı tərəf mesaj göndərən şəxsin telefonunu yaddaşa salsa və ya ona cavab versə cavabsız mesaj sayı sıfırlanacaq və məhdudiyyət götürüləcək.
Şirkətdən bildirirlər ki, bu yenilik, yəni məhdudiyyət adi istifadəçilərə aid olmayacaq, yenilik yalnız kütləvi mesaj göndərənlərə aid olacaq.
Tədbir marketinq e-poçtlarının abunəliyini ləğv etmək və spamı birbaşa cihazın kilid ekranından bloklamaq imkanı da daxil olmaqla, WhatsApp-ın spam əleyhinə son təşəbbüslərini tamamlayır.