Banner

İKT

"WhatsApp"da daha bir - YENİ FUNKSİYA YARADILIR

"WhatsApp"da daha bir - YENİ FUNKSİYA YARADILIR | FED.az
08:06 12 İyun 2020

"WhatsApp" messencerində yeni funksiya yaradılacaq.

FED.az xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Eləcə də bax: "Instagram"dan şəkil götürmək üçün - İCAZƏ LAZIM OLACAQ

Bildirilir ki, yeni funksiya istifadəçilərə mesajları tarixə görə axtarmağa imkan verəcək. Hazırda messencerdə axtarış funksiya mövcuddur, lakin istifadəçilər müəyyən bir tarixdə göndərilən və ya qəbul edilən mesajı tapmaqda çətinlik çəkirlər.

Yeni funksiya işə düşdükdən sonra istifadəçilər mesajın göndərilmə və ya qəbul tarixini yazaraq istədikləri mətni tez bir zamanda tapa biləcəklər.

Qeyd edilir ki, hazırda yeni funksiya alfa-test mərhələsindədir. Yeni funksiyanın işə düşəcəyi tarix hələki məlumdeyil. (Trend)

Digər xəbərlər

Banner