“WhatsApp” proqram daxilində pul köçürmə funksiyasından istifadə edənlərə pul verməyə başlayıb.
Eləcə də bax: “WhatsApp”a yeni funksiya - ƏLAVƏ OLUNUR
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə “TechCranch” portalında bildirilir.
Qeyd olunur ki, kampaniya Hindistanda keçirilir. Bu yaxınlarda ölkə hakimiyyəti “WhatsApp”da daxili köçürmələrdən istifadə edə biləcək istifadəçilərin sayını genişləndirməyə icazə verib. Əvvəllər bu funksiya 40 milyon hindli üçün əlçatan idi, indi onların sayı 100 milyona çatdırılıb.
Yeni funksiyadan istifadəyə görə messencer 11 rupi ödəyir. Bu cür ödənişlər sayı məhduddur – hər istifadəçi üçün cəmi üç dəfə.
“Biz “WhatsApp” daxili ödənişlərin potensialını üzə çıxarmaq üçün kampaniya keçiririk. Bunun üçün biz istifadəçilərimizə kiçik keşbek şəklində funksiyadan istifadə etmək üçün stimul təklif edirik”, – şirkətdən bildirilib.
Hal-hazırda messencerin administrasiyası istifadəçilərə bir “WhatsApp” hesabını eyni anda bir neçə smartfonla əlaqələndirməyə imkan verəcək bölmənin yaradılması üzərində işləyir.