İKT

“WhatsApp” yaşı uyğun olmayanların - HESABINI BAĞLAYACAQ

“WhatsApp” yaşı uyğun olmayanların - HESABINI BAĞLAYACAQ | FED.az
20:29 14 Avq 2019

Məşhur mesajlaşma proqramı olan “WhatsApp” yenilikləri ilə istifadəçilərini sevindirməyə davam edir.

ELƏCƏ DƏ BAX : 
“MacBook Pro” noutbuklarının təyyarə ilə daşınmasına - QADAĞA QOYULUB


FED.az bildirir ki, proqram bu dəfə yaş məhdudiyyətiylə bağlı istifadəçilərinə sərt qadağalar qoymağa hazırlaşır.

Belə ki, 2018-ci ildə təqdim edilən qaydalar yenidən gündəmə gətirilib. “WhatsApp” tətbiq edəcəyi yenilikdə şəbəkə üçün yaşı uyğun olmayan istifadçilərinin hesabını bağlayacaq. Ancaq yeniliyin istifadəçilərin yaşını necə müəyyənləşdirəcəyi məlum deyil.

Qeyd edək ki, yenilik hazırda sınaq mərhələsindədir.


mənbə : redaktor az

Digər xəbərlər