İKT

WhatsApp-ın iOS tətbiqinə yeni xüsusiyyətlər - ƏLAVƏ EDİLDİ

WhatsApp-ın iOS tətbiqinə yeni xüsusiyyətlər - ƏLAVƏ EDİLDİ | FED.az
09:11 27 Noy 2019

WhatsApp-ın zəng gözləmə və yeni mesajlaşma dizaynı kimi xüsusiyyətləri iOS istifadəçilərinə təqdim edilib.

FED.az xəbər verir ki, tətbiqə zəng gözlətmə və bir neçə kiçik dəyişiklik əlavə edən şirkət sözügedən yenilikləri 2.19.120 versiyası ilə təqdim etdi.

Eləcə də bax: “WhatsApp”dan - YENİ FUNKSİYA

iOS istifadəçiləri üçün olan zəng gözlətmə xüsusiyyəti zəng zamanı ikinci bir zəngə cavab vermə imkanı qazandırır.

İkinci zəng cavablandırıldıqda ilk zəng gözləməyə düşür.

Bundan əlavə, 2.19.120 yeniləməsində mesajlarınıza tez bir zamanda baxmağınızı asanlaşdıran yenilənmiş söhbət ekranı dizaynı da mövcuddur.

WhatsApp versiyası 2.19.120 ilə gələn xüsusiyyətlərdən istifadə etmək üçün App Store-a girib tətbiqi yeniləyə bilərsiniz.

TED

Digər xəbərlər

Banner