WhatsApp, dünyada geniş istifadə olunan ən populyar mesajlaşma tətbiqlərindən biridir və artıq süni intellekt sahəsində böyük bir yeniliyə imza atmağa hazırlaşır.
“DeepSeek” dünyanın ən varlı adamlarının 108 milyard dollar itirməsinə səbəb oldu
FED.az xəbər verir ki, tətbiqin inkişaf etdiriciləri, istifadəçilərə süni intellektə əsaslanan chatbotlarla ünsiyyət qurmaq imkanı verəcək yeni bir funksiyanı təqdim etmək üzərində işləyirlər. Bu yenilik, WhatsApp-ın 2.25.3.2 versiyasında təqdim olunacaq.
Yeni xüsusiyyət, süni intellekt əsaslı chatbotların istifadəçilərə bir çox fərqli funksiyalar təqdim etməsinə imkan yaradacaq. Bu chatbotlar, istifadəçilərin gündəlik ehtiyaclarını daha sürətli və effektiv şəkildə həll etməyə kömək edəcək, məsələn, sualların cavablandırılması, təkliflərin verilməsi və digər xidmətlərin təqdim olunması kimi. Bu yenilik, WhatsApp-ın istifadəçi təcrübəsini daha da zənginləşdirəcək və tətbiqin daha da inkişaf etməsinə səbəb olacaq.