Yaponiyanın startapı video zənglər zamanı istifadə edilmək üçün yeni tətbiq yaradıb. Bu tətbiqin köməyi ilə istifadəçinin əynindəki istənilən geyimi kostyuma dəyişmək, istifadəçinin özünü istə istənilən sifətə salmaq olar.
FED.az xəbər verir ki, bu maraqlı yeniliyin müəllifi Yaponiyanın «EmbodyMe Inc.» startapıdır. Onun kameralar üçün yaratdığı yeni tətbiq real vaxt rejimində üzün hərəkətini və istifadəçinin jestlərini hesablayır və onun üzərinə istənilən şəkli əlavə edir. «Xpression camera»nın köməyi ilə tamamilə fərqli geyimdə olan istifadəçi Zoom konfransına kostyumla «qatıla» bilər. Eləcə də bu kamera vasitəsilə istifadəçi video konfransında istədiyi insanının sifətində görünə bilər.
«Zoom»la yanaşı, bu tətbiq «Twitch», «Microsoft Teams» və «Google Meet» üzərindən videozənglərdə də işləyir.
Onun effektlərindən istifadə etmək üçün istifadəçi tətbiqi yükləməli, və öz kamerasında «Xpression camera» funksiyasını aktiv etməli, eləcə də zəng zamanı istifadə etmək istədiyi şəkli seçməlidir.
Proqram bu şəkli istifadəçinin jestləri və mimikaları ilə hərəkət etdirir.
«EmbodyMe» şirkətinin direktoru İssay Yoşida bildirir ki, hazırda birbaşa yayımlar və videokonfranslar olduğu bir vaxtda şirkət istifadəçilərin işini yüngülləşdirmək istəyib. Onlara imkan yaradıb ki, istifadəçilər geyimlərini dəyişmədən və makiyaj etmədən vidoebağlantıda işgüzar görünüşdə olsunlar: «Beləliklə evdə hətta pijamada olanda da işə zəng edib videoya qoşulmaq olar».
Amma istifadəçilər bu proqramın yeni imkanlarını da ortaya çıxarıblar. Məsələn onlayn görüşlərə İlon Mask sifətində gəlmək, ya da hər hansı nağıl qəhrəmanının və ya tarixi şəxsiyyətin sifəti ilə görüntü açmaq olar.
«Xpression camera» - insanların mimikalarını təkrarlaya bilən proqramlardan biridir. Başqa proqram - Puppets.World – isə fotodakı istənilən şəxsin videosunu yaratmağa imkan verir. Belə videolar feyk xəbər problemi yaratsa da, bəzi istifadəçilər ondan «Zoom» yorğuluğunu çıxarmaq üçün əyləncə kimi istifadə etdiklərini bildirirlər.