Koronavirus epidemiyasından sonra bəzi şirkətlərin gəliri azalmağa, bəzilərinin isə gəliri artmağa başlayıb.
Eləcə də bax: Koronavirusdan sonra 1 trilyon dollarlıq dəyərini qoruya bilən - YEGANƏ ŞİRKƏT
FED.az xəbər verir ki, ən çox gəliri artan şirkətlərdən biri "Zoom" onlayn video konfrans proqramı olub.
Virusun yayılma səbəbilə dünyada milyolarla insan evdən işə başlayıb. Bu səbədən son həftələrdə "Zoom" proqramının smartfonlara 20 milyon dəfə yüklənib və "TikTok"dan sonra ən çox yüklənən ikinci proqram olub.
Mobil tətbiq eyni anda 99 nəfərlə video konfrans keçirməyə imkan verən "Zoom"un bazar dəyəri 42 milyard dollara yüksəlib. Artım Silikon Vadisi əsaslı tətbiqin qurucusunun şəxsi sərvətinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Qurucu Eric Yuanın şəxsi sərvəti son aylarda 4 milyard dollar artıb.