Vətəndaşların fərdi məlumatlarının qorunmasına dair yeni layihə hazırlanıb və dövlət orqanlarından keçib.
FED.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən bildirilib ki, müasir dövrün tələb və çağırışları, sahə üzrə beynəlxalq təcrübə nəzərə alınmaqla, habelə “Avropa İttifaqının Məlumat Mühafizəsinin Ümumi Qaydaları”ndan (General Data Protection Regulation) irəli gələn əsas məqamların milli qanunvericiliyə tətbiqi məqsədilə fərdi məlumatlar sahəsində yerli qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində işlər görülüb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi aidiyyəti dövlət qurumları ilə birlikdə “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının yeni qanun layihəsini hazırlayıb və baxılması üçün təqdim edib. (Apa)