Amerikanın “Apple” korporasiyası, Ukrayna ətrafındakı vəziyyət və hərbi əməliyyata görə Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqi ilə əlaqədar olaraq “iPhone SE” smartfonları və “AirPods” qulaqlıqlarının istehsalına dair proqnozunu aşağı salıb.
Eləcə də bax: “Apple Pay” Rusiyada fəaliyyətini - DAYANDIRIB
FED.az xəbər verir ki, bu barədə bazar ertəsi Yaponiyanın “Nikkei” qəzeti məlumat yayıb.
Nəşrin mənbələrinə görə, "iPhone SE" istehsalının ilkin planla müqayisədə təxminən 20% (2-3 milyon) azaldılması planlaşdırılır. Bu il "AirPods" istehsalının isə 10 milyon ədəd azalacağı gözlənilir.
Qeyd olunur ki, sanksiyalar tədarük zəncirlərini pozub, həmçinin elektronikaya olan tələbata mənfi təsir edib.
Bundan əlavə, bazarda yarımkeçiricilərin çatışmazlığı var və görünür, daha da pisləşə bilər. İstehsalın azalmasına səbəb olan digər amil anbarlarda yığılan hazır məhsulların ehtiyatlarını azaltmaq istəyi olub. (Marja)