“Apple” şirkəti fevral ayında yeni və daha ucuz iPhone-ların istehsalına başlayacaq.
FED.az Banker.az-a istinadən xəbər verir ki, yeni smartfon görünüşcə 2017-ci ildə buraxılmış iPhone 8 kimi olacaq.
Eləcə də bax: Apple "iPhone" smartfonlarından nə qədər gəlir əldə edib – AÇIQLAMA
Dünyanın ən bahalı texnologiya şirkətinin yeni iPhone-u mart ayında təqdim edəcəyi gözlənilir. Cihaz şirkətin Tayvandakı üç müəssisəsində istehsal olunacaq.
“Nikkei Asian Review” nun verdiyi məlumata görə, yeni smartfon texniki göstəricilər baxımından “Apple” in flaqmanlarından – iPhone 11 və iPhone 11 Pro -dan fərqlənməyəcək. Cihaz Touch ID əl izi və Face ID texnologiyası ilə təchiz ediləcək.
MacRumors portalı “ucuz iPhone” un 399 dollar qiymətində olacağını proqnozlaşdırıb.