ABŞ-da yerləşən nəqliyyat və çatdırılma nəhəngi "Uber Technologies"in Türkiyənin aparıcı qida və ərzaq məhsullarının çatdırılması platformalarından biri olan "Trendyol Go"nu almaq üçün danışıqlar apardığı bildirilir.
Trendyol Group-un vitse-prezidenti Azərbaycandakı hədəflərindən danışdı - FOTOLAR
FED.az xəbər verir ki, məsələ ilə tanış olan mənbələrin Bloomberg-ə verdiyi məlumata görə, tərəflər arasında danışıqlar davam edir, lakin hələlik heç bir razılaşma əldə olunmayıb. Prosesin yekun razılaşma ilə nəticələnməməsi ehtimalı da var.
Trendyol-un əsas səhmdarı "Alibaba Qrup"dur
"Trendyol Go", Türkiyənin ən böyük e-ticarət platformalarından biri olan "Trendyol Group"un "çətiri" altında fəaliyyət göstərir. Elektron ticarətdən logistikaya, pərakəndə satışdan maliyyə texnologiyalarına qədər bir çox sahədə xidmətlər təklif edən "Trendyol"un əksər səhmləri Çinin e-ticarət nəhəngi "Alibaba Group-"a məxsusdur.
"Uber"2 və "Trendyol Go" rəsmiləri məsələ ilə bağlı heç bir açıqlama verməyiblər. (Marja)