“Twitter”in aprelin əvvəlindən mayın ortalarına qədər olan 5 həftəlik müddətdə reklam gəlirlərində ötən ilin eyni dövrü ilə müqayisədə 59% azalma müşahidə olunub.
"Tvitter"in adı dəyişdiriləcək - MASK PLANINI AÇIQLADI
FED.az xəbər verir ki, birjadan çəkilməzdən əvvəl “Twitter”in illik gəliri 5 milyard dollar idi. İlon Maskın 2023-cü il üçün proqnozu isə təxminən 3 milyard dollardır. “Twitter”in sərvəti də 44 milyard dollardan 20 milyard dollara düşüb.
İ.Mask keçən həftə bu mövzuya toxunub və bəzi şirkətlərin “Twitter”i iflasa sürükləmək istədiklərini bildirib. (Trend)