Sosial şəbəkə və mikroblog platforması "Twitter"in işində problem yaranıb.
FED.az xarici KİV-ə istinadən xəbər verir ki, bütün dünya üzrə davam edən bir saatlıq kəsintidən sonra problem qismət aradan qaldırılıb.
"Twitter"in CEO-su Cek Dorsi isə sosial şəbəkədə problemin tamamilə aradan qaldırılması üzərində işlədiklərini bildirib. Problemin isə daxili sistem dəyişikliyindən qaynaqlandığı qeyd olunub.