Hələ 2021-ci ilin sentyabrında “Twitter” bitkoinlə “çay pulu” funksiyasını işə salmışdı. Fevralın 16-sı şəbəkə müəlliflər üçün bu funksiyanı genişləndirdiyini açıqladı.
Eləcə də bax: "Tvitter"dən yeni - Pul Köçürmə Funksiyası
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, indi yaşı 18-dən çox olan hər bir istifadəçi ETH (Ethereum) şəklində “çay pulu” göndərə və ala biləcək.
ETH qəbul etmək üçün “Twitter” hesabında “Ethereum” adresini əlavə etmək və yeni funksiyanı aktivləşdirmək lazımdır. Qeyd edək ki, şəbəkə “çay pulu”dan komissiya tutmur, çünki bütün əməliyyatlar kənar platformalar vasitəsilə aparılır.
“Twitter”dəki monetizasiyaya cavabdeh olan Conni Uinston (Johnny Winston) vurğulayır ki, şəbəkə müəllif və onların fanatları üçün yeni funksiyanın imkanlarını genişləndirməyə davam edəcək.