“Twitter” istifadəçi adlarını satmaq üçün hərrac təşkil etmək imkanını araşdırır, bu barədə mənbələrə istinadən “The New York Times” (NYT) yazıb.
«Tvit» atmayan 1,5 milyard istifadəçi - LƏĞV EDİLƏCƏK
FED.az Banker.az-a istinadən xəbər verir ki, nəşrin məlumatına görə, şirkət bunun ona yeni gəlir mənbəyi əldə etməyə kömək edəcəyinə ümid edir.
Qeyd edək ki, “Twitter” dekabr ayından istifadəçi adlarını satmaq üçün danışıqlar aparır. Şirkət sosial şəbəkə istifadəçilərinin adlarla bağlı təklif ala biləcəyi onlayn hərracların keçirilməsini müzakirə edir. Söhbət “@” işarəsindən sonra gələn adlar, simvollar və nömrələrin satılacağı onlayn hərracların keçirilməsindən gedir.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Amerikalı iş adamı İlon Mask “Twitter”i 2022-ci ilin oktyabrında 44 milyard dollara alıb. O, şirkət işçilərinin təxminən yarısını işdən çıxardıqdan sonra bəzi tanınmış jurnalistlərin hesablarını bloklayıb. “Forbes” hesab edir ki, cənab Mask bir il ərzində 100 milyard dollar itirən ilk şəxs olub.