Türkiyənin aparıcı online ticarət platforması “Hepsiburada” Azərbaycanda fəaliyyətə başlaya bilər.
Rusiyanın iri onlayn pərakəndə satış şirkəti Azərbaycan bazarına - DAXİL OLDU
FED.az xəbər verir ki, bunu “Hepsiburada”nın CEO-su Nilhan Onal Gökçetekin deyib.
O bildirib ki, hazırda Azərbaycan və İsrail kimi regional ölkələrinə investisiya qoyulması istiqamətində sınaqlara başlanılıb: “Fərqli dillərdə və müxtəlif valyutalarda xidmətlər göstərməyə başladıq. Gələcək günlərdə və illərdə Türkiyənin ixracatına ciddi töhfə verəcəyik. Biz mədəni və tarixi əlaqələrimizin olduğu coğrafiyalarla əməkdaşlıq və tərəfdaşlıq üzərində işləyirik. Şirkət olaraq ticarətin rəqəmsallaşmasına istiqamət verən innovativ texnologiyalara sərmayə qoymağı hədəfləyirik”.
N. Gökçetekin qeyd edib ki, bu ilin I rübündə “Hepsiburada”nın dövriyyəsi 78 %, II rübündə 101 % artıb, III rübdə isə illik artım tempinin 110 %-ə çatacağı gözlənilir. Ümumilikdə bu ilin sonuna Türkiyənin e-ticarət bazarının həcmi 60 % artaraq 1,2 trilyon TL-yə çatacağı proqnozlaşdırılır.
Xatırladaq ki, “Hepsiburada.com” 1998-ci ildə yaradılıb. O yalnız online xidmət göstərən alış-veriş platformasıdır. (Report)