Türkiyədə telefonların "IMEI" qeydiyyat qiyməti 6 091 TL-dən (396 AZN) 20 000 TL-yə (1302 AZN) qaldırılıb.
Mobil cihazların qeydiyyatı qaydası dəyişib - QƏRAR
FED.az xəbər verir ki bu göstəricilər 2023-cü ilə qədər qüvvədə olacaq.
Qeyd edək ki, "IMEI" qeydiyyat haqqı son illərdə əhəmiyyətli dərəcədə dəyişib. 2015-ci ildə qeydiyyat haqqı cəmi 131 TL idi. Bu, 2016-cı ildə 138 TL, 2017-ci ildə isə 149 TL-yə yüksəldilib. 2018-ci ildə 500 TL olan "IMEI" qeydiyyat haqqı 2019-cu ildə 1500 TL, 2020-ci ildə 1838 TL, 2021-ci ildə 2738 TL-yə yüksəldilib. Qanun dəyişikliyindən əvvəl qeydiyyat rüsumu 6.031 TL idi. 7 iyul 2023-cü il tarixinə "IMEI" qeydiyyat haqqı 20.000 TL idi.(Trend)