Türkiyənin sənaye və texnologiyalar naziri Mustafa Varank yeni ili Ankarada ağır şəraitdə çalışan motosiklet kuryerləri ilə birlikdə keçirib, nazir yeni il axşamı kuryer geyimi ilə çatdırma xidməti göstərib.
Türkiyənin məşhur “Getir” şirkəti Azərbaycana gələ bilər - GÖRÜŞ
FED.az xəbər verir ki, nazir Türkiyənin və dünyanın ən böyük çatdıma şirkətlərindən biri olan, Türkiyədə 1 milyard dollarlıq bazar dəyəri qazanan ilk startap olan «Gətir»in kuryeri olub. Əvvəlcə Mustafa Varanq kuryer paylama mərkəzini ziyarət edərək onun işi ilə tanış olub, işçilərə hədiyyə verib, sonra isə kuryer geyimi geyinərək onlarla birlikdə şəhərə çatdırma xidməti göstərməyə gedib. Bir neçə ünvana bağlama çatdıran nazir tələbə yataqxanasına da çatdırma edib. Tələbələrə kitab və elmi jurnallar da hədiyyə edib.
Varank motokuryerlərin böyük zəhmət çəkdiyini, amma öz xidmətləri ilə müştəriləri qane etdiklərini bildirib. «Kuryer dostların hallarını soruşmaq üçün Yeni il gecəsini onlarla keçirmək istədik. xatirələr. Bu bizim üçün də fərqli bir təcrübə oldu»-deyə nazir bildirib.