“Threads” tətbiqi Türkiyədə bağlanıb.
Azərbaycanda hər 4 nəfərdən 3-ü – «TİK-TOK»UN BAĞLANMASINI İSTƏYİR
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu, Türkiyənin Rəqabət Qurumunun qərarı ilə olub.
Belə ki, Qurum keçən ay “Threads” və “Instagram”ı birləşdirən “Meta”ya qarşı mövqeyindən sui-istifadə etdiyi iddiası ilə müvəqqəti qərar vermişdi.
Qeyd edək ki, 2023-cü ilin iyulunda bütün dünyada istifadəyə verilən “Threads” cəmi 2 saat ərzində 2 milyon istifadəçiyə çatdı. Tətbiq 5-ci günün sonunda 100 milyon istifadəçini keçdi. Sonradan böyümə sürətində yavaşlama göstərən “Threads” hazırda təxminən 150 milyon aylıq aktiv istifadəçiyə malikdir.