Yaxın vaxtlardla Çinin və Cənubi Koreyanın bir sıra şirkətləri Türkiyədə müasir smartfonların isçtehsalına başlayacaq.
Eləcə də bax: Özbəkistanda istehsal olunan smartfonların - Satışına Başlanıb
FED.az xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiyalar naziri Mustafa Varank bildirib.
Onun sözlərinə görə, son zamanlar Çin və Uzaq Şərq ölkələrinin müasir telefon istehsalçılarının Türkiyəyə marağı artıb. Artıq Çinin bir şirkəti Türkiyədə istehsal müəssisəsi quracağını və gələn il ərzində müasir telefonların istehsalına başlayacağını bildirib.
Nazir qeyd edib ki, həmin şirkətlərin Türkiyədə smartfon istehsalı artıq fevral ayından başlanacaq.
«Bununla bağlı Çin şirkətləri ilə uzun müddətdir ki, işləri aparırdıq, artıq şirkətlərdən biri bununla bağlı qərarını açıqlayıb. Artıq 2021-ci ildən Türkiyədə smartfon isteşsalı başlayır. Bu kimi digər şirkətlərlə danışıqlar aparırıq, Çindən və Uzaq Şərqdən başqa şirkətlər də var, yerli istehsalçıların bu sahəyə marağı artıb» - deyə nazir bildirib.
Son illər Türkiyənin sərmayədarlar üçün cazibə mərkəzi halına gəldiyini deyən nazir yaxın gələcəkdə bu istiqamətdə vacib addımların atılacağını vurğulayıb.
Onun sözlərinə görə, Prezidentin İnvestisiya Ofisi xarici investorlarla yaxından maraqlanır.
Nazir deyib ki, Türkiyəyə sərmayə qoyan bir Çin firması fevral ayında ilk istehsala başlamağı planlaşdırır. Təxminən min nəfərlik işçi ilə işə başlayacaq şirkət tərəfindən gələcəkdə 10 milyonadək müasir telefon modellərinin istehsalı nəzərdə tutulur.
Nazir pandemiyadan sonra Türkiyənin istehsal gücünün artdığının daha yaxşı görüləcəyini bildirib.
Qeyd edək ki, Türkiyədə smartfon istehsalı ilə məşğul olacaq şirkətlər kimi Cənubi Koreyanın «Samsung» və Çinin «Oppo» şirkətinin adları çəkilir. Nazir bu barədə suala cavab verərkən şirkətin adını çəkmək istəməyib: «Şirkətin adının xatırlanmaması doğru olmaz. Çünki firmaların investisiya qərarlarını özləri elan edir. Ancaq bunu sizə deyə bilərəm ki, Uzaq Şərqdən digər ölkələrlə, bəli müzakirələr aparırıq».
Nazir bildirib ki, smartfon istehsalının başlanması Türkiyənin daxili bazarını telefonla təmin etməklə yanaşı, xaricə ixraca da imkan verəcək, eləcə də ölkə daxilində istehsal proseslərini artıracaq. Onun sözlərinə görə, ümumilikdə gələn il Türkiyədə 10 milyon smartfon istehsal olunacaq və bu sahədə 1000 əlavə iş yeri açılacaq.