Bu gün rəqəmsal həllər yaratmaq, insan həyatının keyfiyyətini artırmağa çalışırıq. Biz bir çox nəhəng infrastruktur layihələri həyata keçiririk.
FED.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC-nin Baş direktoru Tural Pirverdiyev Bakıda keçirilən “GSMA Mobile 360 Eurasia 2024” beynəlxalq konfransında deyib.
O bildirib ki, resurslardan istifadə etmək üçün onlayn Azərbaycan layihəsi təşəbbüsünü həyata keçiririk. Bu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən irəli sürülüb. Fiber interneti bütün ölkədə evlərə çatdırmağa çalışırıq. Bu böyük inqilab olacaq və rəqəmsal gələcəyə çıxacağıq.
Onlayn Azərbaycan layihəsi ilə yüksəksürətli internetin təmin olunması əlçatan olacaq. Bütün əraziləri əhatə edərək iqtisadi inkişafı dəstəkləyirik. Bu layihə bizə yüksək sürətli internet, başqa sözlə 1 giqabit saniyə sürətindən internet təqdim edə biləcəyik. Səylərimiz və strateji investisiyalar nəticəsində əhatəliyin artmasına nail olmuşuq.
Onun sözlərinə görə, ölkə ərazisinin 78%-nin internetə çıxışı var. Fiber optik infrastruktur bütün regionları əhatə edir. Son iki il ərzində bütün ölkə üzrə internetin sürəti 92% artıb. Ümid edirik ki, ilin sonuna qədər bu sürəti daha da artıracağıq.
"Biz rəqəmsal imkanları bütün ölkəyə yaymaq istəyirik və vətəndaşlarımızın həyat səviyyəsini yüksəltmək üçün fəaliyyətimizi davam etdirəcəyik. Çalışacağıq ki, hər bir fərd rəqamsal erada inkişaf edə bilsin"- deyə Tural Pirverdiyev əlavə edib.