ABŞ Prezidenti Trump, sosial mediada yeni tənzimləmələri gətirən fərmanı Ağ Evdəki Oval Ofisdə bir mərasimlə imzalayıb.
FED.az xəbər verir ki, imzalanma mərasimində danışan Trump bildirib ki, fərmana əsasən, istifadəçilər tərəfindən paylaşılan məzmuna görə internet şirkətlərinin məsuliyyət daşımadığı qanuna dəyişiklik edilməsi nəzərdə tutulur. Prezident bildirib ki, sosial media platformaları indi senzuraya və platformalarda edilən paylaşmaya görə cavabdeh olmalıdır.
"Bu gün Amerika tarixində ifadə azadlığı ilə qarşılaşan ən böyük təhlükələrdən birini məğlub etmək üçün buradayıq" deyə Tramp bildirib.
Söhbət sosial şəbəkələrin bəzi istifadəçilərə senzura tətbiq etməsindən gedir. Tramp hesab edir ki, bəzi hallarda şəbəkələr müxtəlif səbəblərdən hər hansı tvitin və paylaşımın qarşısını alır və ya onun doğru olmadığı barədə işarə qoyur – və bunu öz qaydaları ilə izah edirlər. Bu isə həmin istifadəçilərin hüquqlarının pozulmasına səbəb olur. Hüquqları pozulanlandan biri isə Trampın fikrincə, o özüdür.
Fərmanı imzalayarkən, Ağ Evdə bir jurnalist prezidentdən "Twitter hesabınızı siləcəksinizmi?" soruşub, cavabında Tramp "Bu ölkədə daha ədalətli bir mətbuat olsaydı, məmnuniyyətlə edərdim, amma mətbuat ədalətsiz olduğundan sosial mediada bir çox insanla əlaqə qururam" bildirib.
"Bacarsaydım, Twitteri söndürərdim"
Twitter-in "məlumatı yoxlamaq" seçimini "siyasi aktivlik" olaraq xarakterizə edən və sosial şəbəkələrin "inhisara alacağını" iddia edən Tramp, "Twitter nüfuzlu bir şirkət olmasaydı və mənim qanuni haqqım olsaydı, mən də Twitter-i bağlayardım" danışdı.
Trump və Twitter arasında "Təsdiqlənən məlumat" müzakirəsi
Əslində Trampın sosial şəbəkələrlə bağlı narazılıbı ğr nədər əvvəl – onun tvitlərinə senzuta tətbiq kdiləndən sonra başlamışdı. İki gün əvvəl isə Twitter Kaliforniya ştatında "uzaqdan səs vermə" ilə bağlı tvitlərində sosial media platformalarında dezinformasiyanın yayılmasının qarşısını almaq üçün bəzi yazılarına əlavə etdiyi "məlumatların yoxlanılması" etiketini də tətbiq edib.
Xəbərdarlıq gündəmə gəldikdən sonra Trump Twitter-də baş verən hadisə ilə bağlı verdiyi açıqlamada şəbəkəni "3 Noyabrdakı seçkilərə müdaxilə etməyə çalışmaqda" və "ifadə azadlığını məhdudlaşdırmaqda" günahlandırdı.
"Respublikaçılar hiss edir ki, sosial media şəbəkələri mühafizəkar səsləri susdurmağa çalışırlar. Bunun baş verməsinə imkan verməyəcəyik, ya da bu platformalara sərt qaydalar tətbiq edəcəyik və ya onları söndürəcəyik" deyə Tramp çərşənbə günü Twitter-dəki yazısında bildirib.
Öz növbəsində «Twitter» prezidentin bu fərmanını mətbuatın işinə müdaxilə və siyasi qərar adlandırıb. «Twitter»in rəsmi açıqlamasına görə, ABŞ-ın kommunikasiya sahəsindəki etiketlə bağlı 230 saylı qanunu «amerikan innovasiyalarını və fikir azadlığını müdafiə edir». Şəbəkə rəhbərliyi bildirir ki, Trampın bu sahəni birtərəfli qaydada tənzimləmə cəhdləri internetdə söz azadlığına ziddir.