ABŞ-ın keçmiş prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsinin IPO-nu keçirmək niyyətindədir.
FED.az xəbər verir ki, "Trump Media & Technology Group"un sahibi olan şirkətin səhmləri gələn həftədən etibarən birjada ticarətə başlaya bilər.
Səhmdarlar Trampın media holdinqinin SPAC şirkəti Digital World Acquisition Corporation (DWAC) ilə birləşməsini təsdiq etdikdən sonra açıq ticarət mümkün olub.
Bildirilir ki, şirkətin qiymətli kağızları DJT tikeri ilə listinq ediləcək. Bir vaxtlar bu ad altında Trampın uzun müddət fəaliyyət göstərməyən digər kazino və otel şirkəti ticarət edilirdi.
Xatırladaq ki, "Truth Social" sosial şəbəkəsi 2022-ci ildə istifadəyə verilib. Trampın özü sosial şəbəkəni “böyük texnologiyanın zülmü” ilə mübarizə vasitəsi kimi yerləşdirib.