ABŞ Prezidenti Donald Trampın hesabını bağladıqdan sonra "Twitter"in səhmləri 12% ucuzlaşıb.
Eləcə də bax: Trampın “Twitter” hesabı - Birdəfəlik Bloklandı
FED.az xəbər verir ki, nəticədə şirkətin bazar dəyəri 5 mlrd. dollar azalıb. İnvestorlar Prezident Donald Trampa məxsus 88 mln. abunəçisi olan mikrobloqun bağlanmasından sonra platformaya olan marağın azala biləcəyini ehtimal ediblər.
Qeyd edək ki, "Twitter" ABŞ Prezidenti Donald Trampın səhifəsini Ağ Ev qarşısında baş verən insidentdən sonra birdəfəlik bağlayıb. (Apa)