Yaponiyanın elektronika nəhəngi “Toshiba” Ukraynada baş verən hadisələr fonunda Rusiyaya yeni sifarişləri və investisiyaları dayandırıb.
Eləcə də bax: “Intel” və “AMD” Rusiyaya tədarükü - DAYANDIRDILAR
FED.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir:
“Ukraynadakı vəziyyətdən dərin narahatıq. Hadisələr fonunda humanitar yardım üçün ümumilikdə təxminən 100 milyon yen (774 min dollar) ianə etdik. Bundan əlavə, hazırda Rusiyaya yeni sifarişləri və investisiyaları dayandırırıq”. (Qafqazinfo)