«Instagram» şəbəkəsi son vaxtlar sürətlə inkişaf edən «TikTok» servisindəki populyar bloqqerləri öz tərəfinə çəkməyə başlayıb.
Eləcə də bax: “TikTok” 50 milyard dollar dəyərində qiymətləndirilib
FED.az xəbər verir ki, Mark Zukerberqə məxsus olan şəbəkə, bəzi bloqqerlərə «Tik-Tok»u tərk edərək özünün ona oxşayan «Reels» şəbəkəsinə cəlb etmək üçün yüz minlərlə dolar təklif edib.
«TikTok»da olduğu kimi, «Reels»in istifadəçiləri də qısa videylar yerləşdirə bilirlər. İnstaqram yeni servisini ABŞ və bəzi ölkələrdə artıq gələn ay işə salacaq. Məşhur bloqqerləri pulla öz tərəfinə çəkmək planı göstərir ki, «Facebook» şəbəkəsi «Tik-Tok» rəqib kimi baxmağa başlayıb.
«Instagram»da bloqqerlərə belə təklif edildiyini təsdiqləyiblər, ama təklif edilən məbləği açıqlamayıblar. Yeri gəlmişken, artıq «YouTube»da da «Tik-Tok»dakı funksiyaları işə salmağa hazırlaşırlar.