Çinin qısa videoroliklər təqdim edən «TikTok» şəbəkəsi videolara baxılma müddətinə görə, «YouTube»u keçib. FED,az xəbər verir ki, bu barədə «App Annie» analitik şirkəti məlumat yayıb.
«App Annie»nin analitik hesabatında deyilir ki, artıq insanlar «TikTok»da «YouTube»dan daha çox vaxi keçirirlər.
Hesabatda deyilir ki, «Tiktok» ilk dəfə «YouTube»u ötən liin avqustunda keçib. İndi isə iyul ayında məlum olub ki, ABŞ-da hər bir vətəndaş ay ərzində «YouTube»dəki videolara orta hesbala 22 saat 40 dəqiqə sərf etdiyi halda, «TikTok»a baxmağa 24 vaxt sərf edir.
Böyük Britaniyada fərq daha böyükdür: «TikTok» istifadəçiləri ay ərzində ekran qarşısında 26 saat vaxt keçirdikləri halda, «YouTube»da bu məddət 16 saat təşkil edib. Amma qeyd edək ki, bu araşdırma yalnız Android telefonların sahiblərini əhatə edir.
İstifadəçi sayına görə isə hələlik «YouTube» 2 milyard nəfərlə irəlidədir. «Tik-Tok»un isə Android istifadəçiləri cəmi 700 milyon nəfərdir.
«App Annie» bildirir ki, «TikTok»un uğur qazanmasının səbəbi, qısa videolar .real kontent (yəni montaj olunmayan) və birbaşa yayımlardır.
Yeri gəlmişkən, artıq «YouTube» da bu bazarda özünə yer tapmağa çalışır, şirkət bir qədər əvvəl qısamüddətli – 1 dəqiqəyə qədər olan videoroliklərə keçid edib.
Qeyd edək ki, «TikTok» 2016-cı ilin sentyabrında yaradılıb və hazırda 1 milyard aktiv istifadəçiyə malikdir. Burada 15, 60 və 180 saniyəlik qısa roliklər çəkmək mümkündür. «Tik-Tok»da populyar səs və mahnıların siyahısı da var ki, bu rolik çəkənlərə yeni trendləri diqqətdə saxlamağa kömək edir.