Məşhur qlobal sosial şəbəkə olan TikTok-un sahibi, Çinin nəhəng texnoloji şirkəti ByteDance ötən il gəlirlərini 111% artırıb.
Eləcə də bax: "WhatsApp" məxfiliyi qoruyan funksiyanı işə salacaq
FED.az Wall Street Journal-a istinadla xəbər verir ki, ötən ilin sonunda TikTok, onun Çin analoqu Douyin və digər platformalarda toplam istifadəçi sayını rekord həddə - 1,9 milyard nəfərə çatdıran şirkət 34,3 milyard dolalr gəlir əldə edib.
Gəlirlərini az qala ikiqat artırmasına baxmayaraq, hazırda bazar dəyəri 100 milyard dolları keçən ByteDance-in əməliyyat zərəri 2,1 milyard dollar təşkil edib. Xatırladaq ki, 2019-cu ili şirkət 684 milyon dollar mənfəətlə başa vurmuşdu.
ABŞ və Çində müxtəlif araşdırmalara və bəzi sanksiyalara məruz qalsa da, ən sürətlə inkişaf edən şirkətlərdən olan ByteDance ilin əvvəlində Xiaominin keçmiş rəhbəri Shou Zi Chew-i də özünə baş maliyyə direktoru gətirməklə, yeni hədəflərə doğru gedir. (Marja)