“TikTok” məzmun istehsalçılarına pul qazanmağa imkan verəcək yeni proqramı təqdim edib.
"YouTube” qısa videopaylaşan istifadəçilərə - PUL ÖDƏYƏCƏK
FED.az xəbər verir ki, hazırda müəyyən ölkələrdə sınaqdan keçirilən bu proqramda iştirak edən istifadəçilər adət etdiyimiz qısa videolar əvəzinə bir dəqiqədən uzun videolar paylaşacaqlar.
“TikTok”-un verdiyi açıqlamada bu proqramın “Creativity Program”, yəni “Yaradıcılıq Proqramı” adlandırıldığı bildirilib.
Hazırda proqram ABŞ, Fransa və Braziliyada sınaqdan keçirilir.
Proqramın köməyi ilə məzmun istehsalçıları bir dəqiqədən uzun videolar hazırlamaqla pul qazana biləcəklər. Proqramdan yararlanmaq istəyən məzmun istehsalçılarının normaldan daha uzun videolar paylaşması tələb olunacaq. (Trend)