“TikTok”da yeni funksiya düşüb, onun köməyi ilə mətn rejimində mesaj yazmaq, ona səslər, stikerlər, heşteqlər və digər elementlər əlavə etmək mümkündür. Bildirilir ki, mətn mesajlar qaralama kimi yaddaşda saxlanıla bilər. Bu, istifadəçilərə yarımçıq qalan mətni tamamlamağa və ya bir neçə postu planlaşdırmağa imkan verir.
“WhatsApp”da çoxdan gözlənilən - YENİLİK
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, “TikTok” “Twitter”in rebrendinqi və “Threads” xidmətinin işə salınması fonunda mətn yaratmaq funksiyasını işə salıb. “The Verge” qeyd edir ki, “TikTok” tanınmış mikrobloq platformalarının birbaşa analoquna çevrilməsə də, belə formatı işə salmaq üçün düzgün vaxtı seçib.