“TikTok” mobil video xidməti ilk dəfə dünya üzrə istifadəçilərinin sayını açıqlayıb.
Eləcə də bax: "TikTok"dan ən çox pul qazananlar - AÇIQLANDI
FED.az xəbər verir ki, bu rəqəm 2018-ci ilin yanvar ayındakı 55 milyondan bu ilin iyul ayında 689 milyona yüksəlib. Bu ay isə sözügedən xidmətin 2 milyardıncı yüklənməsi qeydə alınıb.
O cümlədən ABŞ-da xidmətin istifadəçilərinin sayı 2018-ci ilin yanvar ayındakı 11 milyona qarşı bu ilin iyun ayında 91 milyona çatıb, hazırda isə 100 milyonu üstələyib.
Bundan əvvəl “TikTok”un ona ABŞ ərazisində qadağa qoyulması ilə bağlı bu ölkənin hökumətini məhkəməyə verdiyi məlum olub. Belə ki, rəsmi Vaşinqton Çinin “ByteDance” şirkətinə məxsus olan bu xidmətin sentyabrın 15-nə qədər amerikalı şirkət tərəfindən satın alınmayacağı təqdirdə ona qadağa qoyacağını açıqlamışdı. ABŞ xüsusi xidmət orqanlarının bildirdiyinə görə, həmin xidmət istifadəçilərin şəxsi məlumatlarını Çin hökumətinə ötürür, habelə siyasi təbliğat işləri ilə məşğuldur. (Report)