“Sensor Tower” analitik şirkəti 2020-ci ilin iyulu üçün dünyada ən çox yüklənilən mobil əlavələrin reytinqini dərc edib. Siyahıda birinci yeri Çinin “Douyin” şirkətinə məxsus “TikTok” tutub. Sosial video şəbəkənin həm “App Store” mağazasında, həm də “Google Play” platformasında lider olması maraq doğurur.
Eləcə də bax: ABŞ "TikTok"un rəqibini - İŞƏ SALDI
FED.az xəbər verir ki, “TikTok” yükləmələrinin sayı 65,2 milyonu ötüb ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 21,4 faiz çoxdur. ABŞ hökuməti ilə münaqişəyə baxmayaraq ən çox yükləmə sayı (9,7 faiz) məhz ABŞ auditoriyasının payına düşür. “TikTok”un populyarlığına görə ikinci ölkə yükləmə sayı 8,5 faiz təşkil edən İndoneziya olub.
İkinci pillədə 53,5 milyon yükləmə ilə “Facebook” əlavəsi yer alıb. Bunun 23,1 faizi Hindistanın, 9,1 faizi isə İndoneziyanın payına düşür. Liderlər beşliyinə, həmçinin “Zoom”, “Instagram” və “WhatsApp” daxildir.
“Sensor Tower” analitikləri tərəfindən “Snack Video” yükləmələrinin sayında əhəmiyyətli artım qeyd olunur. Hindistanın “Google Play” və “App Store” mağazalarında sosial video redaktorun ləğvindən sonra “Snack Video” əlavəsinin populyarlığında 3,7 dəfə artım qeydə alınıb ki, bu da iyulda 28,8 milyon yükləməyə səbəb olub.
“Sensor Tower” məlumatlarında yalnız mobil əlavənin ilk dəfə “Google Play” və ya “App Store” hesabı vasitəsilə yüklənildiyi zaman sayılan unikal quraşdırmalar nəzərə alınır. Bundan başqa, eyni əlavənin bir neçə versiyasının göstəriciləri birləşdirilir.
"azərtac"