2025-ci ilin ikinci rübündə “TikTok” Azərbaycanda “İcma Qaydaları”nı pozan 880 mindən çox videonu silib.
Azərbaycanda uşaqların tiktoka girişinin qadağan edilməsi təklif olunur
FED.az xəbər verir ki, bu videoların 99,4 faizi platforma tərəfindən proaktiv şəkildə — yəni şikayət daxil olmadan əvvəl müəyyən edilərək — silinib.
Videoların 98 faizi paylaşım edildikdən sonra 24 saat ərzində silinib ki, bu da dünya üzrə orta göstəricilərdən yüksəkdir. Ötən il ərzində Azərbaycanda ümumilikdə 3 milyonadək video silinib.
Bundan başqa, bu ilin ikinci rübündə dünya üzrə İcma Qaydalarının pozulması ilə əlaqədar təxminən 190 milyon videoçarx platformadan silinib ki, həmin videokontentin 99,1 faizi proaktiv şəkildə silinib. Roliklərin 94,4 faizi paylaşım edildikdən sonra 24 saat ərzində silinib. 90 faizdən çoxu isə hər hansı şikayət daxil olmadan əvvəlcədən müəyyən edilərək silinib. (Azərtac)












