“Meta” şirkətinin yaratdığı “Threads” sosial şəbəkəsinin aktiv istifadəçilərinin sayı ardıcıl ikinci həftədir azalır.
“WhatsApp”da çoxdan gözlənilən - YENİLİK
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, tətbiq iyulun 6-da istifadəyə verilib və aktiv istifadəçilərin sayı iyulun 7-də pik həddə çatıb. Lakin sonra azalmağa başlayıb və bu həftə demək olar ki, 70% azalaraq 13 milyon nəfərə düşüb.
Qeyd edək ki, “Twitter”in təxminən 200 milyon aktiv istifadəçisi var. “Meta” daha əvvəl “Threads”də istifadəçi aktivliyində azalma gözlədiyini, lakin bunun narahatlığa səbəb olmadığını bildirib. Şirkət proqramda əlavə funksiyaları işə salacağını, o cümlədən çoxsaylı hesablar üçün dəstək, yazıları redaktə etmək və lenti xronoloji ardıcıllıqla təşkil etmək kimi yeniliklərdən bəhs edib.
İşə düşdükdən sonra beş gündən az müddətdə “Threads” 100 milyon istifadəçi toplayaraq, yeni rekorda imza atıb. Əvvəlki rekord “ChatGPT”ə məxsusdur, lakin bu platformanın eyni sayda istifadəçi toplaması iki ay çəkib.