OpenAI” şirkəti özünün ChatGPT platforması üçün yeni funksiya istifadəyə verib. Bu funksiya çatbotun onlayn alış-veriş və təqdimatların qaralama variantlarını hazırlamaq kimi mürəkkəb tapşırıqları yerinə yetirməsinə imkan yaradır.
"OpenAI" yeni nəsil intellektual brauzeri təqdim edir
FED.az xəbər verir ki, “ChatGPT agent” adlanan bu funksiya birbaşa yayımlanan tədbir zamanı təqdim olunub və hazırda Pro, Plus və Team abunəçiləri üçün əlçatandır.
“OpenAI” artıq bu yay korporativ və təhsil sahəsindəki müştərilər üçün də bu funksiyanın əlçatan olacağını planlaşdırır.
Bu alət “OpenAI”nin əvvəlki “Operator” və “Deep Research” xidmətlərinin funksiyalarını birləşdirir. O, çatbota internetdə axtarış aparmaq, mətn daxil etmək, klikləmək və ətraflı onlayn araşdırmalar aparmaq imkanı verir.
Şirkətin məlumatına görə, agentdə risklərin azaldılması üçün tədbirlər, məsələn, maliyyə və ya hüquqi tapşırıqları yerinə yetirməkdən imtina və alış-veriş kimi müəyyən hərəkətlər üçün istifadəçidən icazə tələb olunması nəzərdə tutulub. (Azərtac)