Azərbaycanda “Apple”nin məhsullarınının satışını həyata keçirən “Alma Store”, yaxud hüquqi adı ilə “ASBC” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru dəyişib.
Eləcə də bax: Əcnəbi şəxs “PASHA Holding”in hotel qrupuna rəhbər - TƏYİN EDİLDİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, Rüfət Sadıqov Şəmsəddin oğlu qeyd edilən vəzifəyə təyin edilib.
Rüfət Sadıqov bundan öncə ölkənin iri telekommunikasiya şirkəti – Azercell Telekomda B2B satışları departamentinə rəhbərlik edirdi. Həmçinin R.Sadıqov “Azerfon” MMC (Nar) və “Sobsan” kimi şirkətlərdə çalışıb.
O bu vəzifədə Aliaksei Yahlounu əvəzləyib.
A.Yahloudan öncə isə bu vəzifədə Liliya Allahverdiyeva-Pikulo idi.
“ASBC” MMC 2017-ci ildə yaradılıb və 400 min ABŞ dolları (680 min AZN) nizamnamə kapitalına sahibdir.