«Telegram» sosial şəbəkəsinin yaradıcısı Pavel Durov istifadəçiləri öz telefonlarından «WhatsApp»ı pozmağa çağırıb.
FED.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Durov «WhatsApp»da təhlükəsizliklə bağlı problemlərin olduğunu bildirib. Bu problemlər xakerlərə və xüsusi xidmətlərə imkan verir ki, istifadəçilərin şəxs məlumatlarını əldə etsinlər.
Eləcə də bax: "Facebook”a rəqib sosial şəbəkə yaradılıb - PULLUDUR - QİYMƏTLƏR
Pavel Durov işarə edib ki, hazırda «WhatsApp»ın sahibi olan Facebook-un proqramçıları proqramdakı bu zəiflikləri qəsdən saxlayıblar. «Əgər şəkillərinizin və məlumatlarınızın hamıya açıq olmasını istəmirsinizsə, telefonunuzdan «WhatsApp»ı pozmalısınız» - deyə Durov bildirib.