“Telegram”ın dəyəri 30 milyard dollardan çox qiymətləndirilir.
Telegram-da reklam gəlirlərinin yarısı kanal sahibləri ilə paylaşılacaq
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda sosial şəbəkənin həmtəsisçisi Pavel Durov “Financial Times”a müsahibəsində deyib.
O qeyd edib ki, 30 milyard dollarlıq qiymətləndirmə o cümlədən qlobal texnologiya fondları tərəfindən müəyyən edilib.
İş adamı “Telegram” səhmlərinin bir hissəsini adi istifadəçilərinə satmaq barədə düşündüyünü deyib.
Durov onu da bildirib ki, “Telegram”ın artıq 900 milyon istifadəçisi var.