Noyabr ayından etibarən pul kisəsi funksiyası “Telegram” parametrlərində görünəcək.
Bu ölkədə “Tiktok”, Teleqram və “1XBET” - QADAĞAN EDİLDİ
FED.az xəbər verir ki, bu barədə messencerin yaradıcısı Pavel Durov öz kanalında məlumat yayıb.
O bildirib ki, kripto pul kisəsinin tətbiqə inteqrasiyası tərtibatçılara messencerə yüzlərlə yeni faydalı funksiya əlavə etməyə imkan verəcək.
Qeyd edək ki, “Wallet” kripto pul kisəsi funksiyası ilk dəfə 2022-ci ilin yanvarında “Telegram” istifadəçiləri üçün əlçatan olub. Messencerin noyabr yeniləməsindən sonra yenilik ABŞ və bəzi digər ölkələrdən kənarda olan hər bir istifadəçinin parametrlərində görünəcək. (Trend)