2024-cü ilin birinci rübündə “Telegram” messencerində fişinq mənbələrinin sayı 1,5 dəfə artıb.
Elektron Təhlükəsizlik Xidmətindən kiberdələduzluqla bağlı - XƏBƏRDARLIQ
FED.az xəbər verir ki, bunu Kasperski laboratoriyasının mütəxəssisləri bildirib. Bildirilir ki, bu günlərdə “Telegram” hesablarının ələ keçirilməsi məqsədi daşıyan çox sayda yeni sayt müəyyən edilib. İstifadəçi bu linkə daxil olduqda onun bütün yazışmaları ələ keçir. Bəzən də istifadəçi öz hesabına daxil ola bilmir.
Kasperski laboratoriyası belə hücumlardan qorunmaq üçün şübhəli linklərə daxil olmamağı tövsiyə edir. (Azərtac)