“Telegram”ın fırıldaqçılar tərəfindən həddindən artıq istifadə edilən iki funksiyası messencerdən silinib.
Yaxın qohumlarına təcili pul lazımdır adıyla yaşlı şəxslərin 43 min manatını ələ keçirdi - SAXLANILDI
FED.az xəbər verir ki, bu haqda “Telegram”ın həmtəsisçisi Pavel Durov öz “Telegram” kanalında məlumat verib.
Belə ki, messencerin “Yaxınlıqdakı insanlar” və “media fayllarının bloq alətinə yüklənməsi” funksiyaları “Telegram”dan silinib.
“Biz Telegram-da insanların 0,1%-dən azının istifadə etdiyi “Yaxınlıqdakı insanlar” funksiyasını sildik”, - deyə Durov yazıb.
Bunun əvəzinə messencer “Yaxınlıqda biznes” funksiyasını təqdim edib ki, burada hüquqi və təsdiqlənmiş kommersiya müəssisələrinin sahibləri mallarının kataloqlarını yerləşdirə və ödənişləri qəbul edə biləcəklər. (Apa)