Mobil telefonun donması hamını əsəbləşdirən böyük problemdir. Xüsusilə ucuz marka telefon işlədən istifadəçilər öz telefonlarının donmalarından şikayətlənirlər.
ELƏCƏ DƏ BAX: Bakıda 5G nə vaxt işə düşəcək? - AÇIQLAMA
Telefonun donmasının qarşısın almaq üçün telefona qarşı bir qədər diqqətli olmaq lazımdır. Telefonunu daim nəzarətdə saxlamalı və təmizliyə riayət etmək lazımdır.
Bunlara əməl etsəniz, telefonunuzda bu tutulma və donmaların qarşısını ala bilərsiniz:
1. RAM-ı təmizləmək. Android cihazlarında RAM task manager vasitəsilə təmizlənir. Telefon modellərinə görə bu dəyişə bilər.
2. Telefonda olan lazımsız faylları mütləq silin. Telefonun daxili yaddaşın son həddə qədər doldurmayın.
3. Xüsusi təmizləmə proqramlarından istifadə edin. Bəzi fake proqramlar sizin telefonunuz üçün təhlükə yarada bilər və ən əsas məsələ həmin tətbiqlər ram-da yer tutur. Bunun üçün sizə məsləhət görəcəyimiz tətbiq c-clear-dır.
4. Telefonunuzun texniki parametrlərinə uyğun gəlməyən oyunlar yükləməyin.
5. Backgrounda işlək vəziyyətdə olan və RAM istifafə edən pəncərələri mütləq bağlayın.
Telefonun donmasının qarşısını belə alın – MƏSLƏHƏTLƏR
21:41
22 Noy 2018